Müsavatçı mühacir Vasif Talıbovla şirkət açması xəbərindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Müsavatçı mühacir Vasif Talıbovla şirkət açması xəbərindən danışdı

Siyasət

10 Fevral 2019 14:16 1497


“Bu, iftiradan başqa bir şey deyil. Vasif Talıbov və ya hər hansı Azərbaycan məmuru ilə iş birliyində olmamız mümkün deyil. Çünki bizim düşüncələrimiz fərqlidir. Mən azərbaycançılığı düşünürəm.  O ki qaldı, adını çəkdiyiniz şirkətlə bağlı məsələyə, Sirab Naxçıvanın tarixi kəndidir. Sirab suyu da Naxçıvanın tarixə yazdığı bir markadır. Qürur duyuram ki, 60-70 illik istehsalda olan bir markadan”.

“Yeni Sabah” xəbər verir ki, bunu Almaniyada yaşayan mühacir müsavatçı Mehdi Xəlilbəyli NMR-nın Ali Məclisinin sədri Vasif Talıbovla işbirliyi qurması haqda iddialara cavab verərkən deyib. M. Xəlilbəyli musavat.com-a açıqlamasında “Sirab Europe GmbH” adında şirkət təsis etdiyyini təsdiq edib: “Amma onu 25 min avroluq nizamnamə kapitalı ilə açmışıq. Bu vəsaiti şəxsi büdcəmdən, bank hesabıma yatırıb, daha sonra şirkəti açmışam. Yaxından-uzaqdan, Azərbaycan iqtidarı ilə əlaqəsi olmayan şirkətdir. Digər tərəfdən, Sirab Avropada rentabelli olmayan ticarətdir. Azərbaycan bazarında onun qiyməti baha olsa da, Avropada  bazarı yoxdur. Birmənalı iftiradır”.  

O, şirkətin daşımaçılıq, eksportla məşğul olduğunu, Belçikadan, Fransadan heyvan tədarükü etdiyini bildirib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!