Müsavatın növbəti addımı - “Mitinq gündəmdədir“

saytların hazırlanması

Evə çatdırılma

Müsavatın növbəti addımı - “Mitinq gündəmdədir“

Siyasət

09 Mart 2019 17:19 909


Xəbər verdiyimiz kimi Müsavat Partiyası martın 10-na təyin etdiyi yürüş-mitinqlə bağlı müraciətə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mənfi cavab verilməsi ilə əlaqədar bəyanat yaymışdı. Lakin növbəti mitinqin keçirilib keçirilməyəcəyi ilə bağlı hər hansı qərar verilməmişdi.

Maraqlıdır, partiya bundan sonra nə etməyi düşünür?

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı "Yeni Sabah"a açıqlamasında mitinq məsələsinin gündəmdə olduğunu deyib: Dördpendirli pizza

"Sadəcə olaraq,  bayram günlərinə görə hər hansı toplantı olmayıb. Yəqin ki, növbəti həftə bu məsələ müzakirə olunacaq və aksiyaların keçirilib keçirilməməsi ilə bağlı addımlar atılacaq".

G.Aslanlı "icazəsiz mitinqin keçirilmə ehtimalı varmı" sualını belə cavablandırıb:

"Hələki belə bir planımız yoxdur. Amma bütün məsələlər, o cümlədən, icazəsiz mitinq keçirmək də müzakirə yolu ilə həll olunacaq".

Bundan əlavə "Yeni Sabah" müsavatçı Mehman Kərimlinin də səhhətini öyrənib. Aslanlı bildirib ki, hazırda müsavatçının vəziyyəti normaldır. Qeyd edək ki, M.Kərimli Xocalı soyqırımının ildönümü ilə bağlı “Ana Harayı” abidəsi ziyarət zamanı infarkt keçirmişdi.O, ev şəraitində müalicə alırdı.

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!