Omandan olan yazıçı Coxa Alxartxi Beynəlxalq Buker mükafatına (Man Booker International Prize) layiq görülüb.
"Yeni Sabah" xəbər verir ki, yazıçı “Göy cisimləri” (Celestial Bodies) romanına görə 50 min funt sterlinq dəyərində mükafat alıb.
Coxa Alxartxi – Fars körfəzi ölkələrindən olan ilk Buker mükafatçısıdır. pizza mizza
Buker mükafatı dünyanın ən məşhur ədəbiyyat müsabiqələrindən biridir. Öncə mükafatı yalnız ingilisdilli yazıçılar ala bilərdilərsə, 2016-cı ildən etibarən əsəri ingilis dilinə tərcümə olunan istənilən yazıçı bu şərəfə layiq görülə bilər.
Əcəmi Əsədulla
Telegram kanalımız