Müşfiq Abbasov həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Müşfiq Abbasov həbs edildi

Kriminal

23 Fevral 2026 17:51 722


Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edilib.

"Yeni Sabah" xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilib ki, vətəndaş Abbasov Müşfiq Elman oğlu barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib və məhkəmənin 23.02.2026-cı il tarixli qərarı ilə Müşfiq Abbasov 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri seçilib

Qeyd edək ki, M.Abbasov əvvəllər də rüşvətalma ittihamı ilə həbsdə olub. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!