Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olundular

saytların hazırlanması

Evə çatdırılma

Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olundular

Mədəniyyət

27 Avqust 2025 19:14 878


Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəb və mərkəzlərinə yeni rəhbər təyinatları həyata keçirilib.

Yenisabah.az xəbər verir ki, nazirlik tərəfindən təşkil olunan açıq müsabiqənin nəticələrinə əsasən, test və müsahibə mərhələlərindən uğurla keçmiş 19 namizəd rəhbər vəzifələrə irəli çəkilib.

Təyinatların bölgüsü aşağıdakı kimidir: Toyuqlu pizza

Bakı şəhəri: 7 məktəbə direktor, 4 məktəbə direktor müavini;

Regionlar: 7 məktəbə direktor, 1 məktəbə direktor müavini.

Yeni rəhbər heyətin idarəetmə bacarıqlarının gücləndirilməsi məqsədilə yaxın günlərdə xüsusi təlim proqramları keçiriləcək. Bununla yanaşı, 2025-2026-cı tədris ilindən etibarən onların fəaliyyəti daha təkmilləşdirilmiş "İncəsənət Məktəblərinin Elektron Sistemi" (İMES) üzərindən idarəetmə və monitorinq proseslərinə daha sürətli şəkildə inteqrasiya olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!