“Musiqidə qadın səsi və şəhvət olduğundan haramdır” - Qaraçuxur məscidinin imamı

saytların hazırlanması

Evə çatdırılma

“Musiqidə qadın səsi və şəhvət olduğundan haramdır” - Qaraçuxur məscidinin imamı

Din

31 Avqust 2022 22:15 10237


Türkiyəli ilahiyyatçı Mehmet Akdemir (Məmməd Akdəmir) ötən gün musiqinin insanı zinaya vadar etdiyi açıqlamasını edib.

Yenisabah.az Qaraçuxur məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Qurban Əliyevin islam dinin bununla bağlı mövqeyi barədə münasibətini öyrənib.

İlahiyyatçı qeyd edib ki, insanı Allahın zikrindən mən edəcək (yayındıracaq) hər şey dinimizdə xoş qarşılanmır: Toyuqlu pizza

"Musiqidə qadın səsi və başqa şəhvət dolu məzmunlar olduğundan bu, haramdır. İlahi nəğmələr (naşedlər) də bura aiddir. Peyğəmbərin (s.ə.v) zamanında bunların heç biri olmayıb. Allah rəsulu, onun səhabələri, raşid xəlifələr, tabiunların dövründə də belə şeylər olmayıb. Sadəcə, peyğəmbər (s.ə.v) döyüşlərdən qayıdarkən qarşılayanda insan səsindən, heç bir musiqi aləti olmadan bəzi şeylər mahnısız oxunulub və şeirlər deyilib. Amma mahnı və musiqi dinimizdə bəyənilməyən məsələlərdəndir. Çünki daha çox üstünlük Quran oxumağa və oradan qazanılacaq savaba yönəldiyi üçün musiqi artıq 3-4-cü planlarda qalır".

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Baxtiyar Memmedov
    Peyğəmbərin vaxtında nə telefon olub,nə avtomobil,nə də minlərlə digər şeylər.Heç birindən istifadə etmə də! Belə absurd fikirləri ortaya atmaqla,"alimləri" danışdırmaqda bunların niyyətini anlamaq nə isə bir az çətindir.
    4 years ago