"İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edir. Ölkəmizdə insan amilinə verilən dəyər atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Əfv sərəncamları və Amnistiya aktları dövlətin insan hüquq və azadlıqlarının qorunmasına diqqətinin ifadəsidir. Əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu humanizm siyasəti son 20 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin 8 may 2023-cü il tarixli “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamı da bu qəbildəndir. Toyuqlu pizza
Vüqar Rəhimzadə bildirib ki, qeyd edilənlər fonunda göründüyü kimi, bütün hallarda dövlət öz vətəndaşının yanındadır. Düşünürük ki, dövlətin bu humanist addımının şamil olunduğu məhkumlar bağışlanmalarından nəticə çıxaracaq, qalib ölkənin vətəndaşı olaraq Azərbaycanımızın qarşıdakı illərdə daha da qüdrətlənməsinə öz töhfələrini verməyə səy göstərəcəklər. Sənədin məhz müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı olması ikiqat məsuliyyətdir.
Telegram kanalımız