Müstəqillik Gününün yeri niyə dəyişdi?

saytların hazırlanması

Evə çatdırılma

Müstəqillik Gününün yeri niyə dəyişdi?

Siyasət

06 Oktyabr 2021 16:07 1779


“Məncə, dəqiqləşdirməyə zərurət vardı və Müstəqillik Günü məsələsi qanunvericiliklə dəqiqiləşdirilərək həllini tapacaq”.

“Yeni Sabah” xəbər verir ki, bunu deputat Fazil Mustafa 28 May Respublika Günü adının 28 may Müstəqillik Günü, 18 oktyabr Dövlət Müstəqilliyi Gününin Müstəqilliyin Bərpası adı ilə əvəzlənməsinə dair  “Müstəqillik günü” haqqında qanun layihəsilə bağlı Turan-a açıqlamasında deyib.

Onun fikrincə, bu addım zəruri idi və əslində normal dəqiqləşdirmədir. Pepperoni pizza

Deputat əlavə edib ki, Fransada 3-cü, 4-cü Respublika anlayışı var. “Bizim əsas hədəfimiz isə müstəqillik idi. Müstəqillik qazandığmız gün isə 28 may günüdür. Odur ki, bu məsələnin dəqiqiləşdirilməsində anormal cəhət görmürəm,  normal yanaşmadır”.

O deyib ki, 18 oktyabr günü isə həqiqətən də müstəqilliyin bərpası günüdür və buna bərpa adının verilməsi doğrudur. 

Deputata görə, burada hansısa narahatedici dəyişiklik yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!