“Müsyö Jordan və Dərviş Məstəli Şah” Türkiyədə səhnələşdiriləcək

saytların hazırlanması

Evə çatdırılma

“Müsyö Jordan və Dərviş Məstəli Şah” Türkiyədə səhnələşdiriləcək

Mədəniyyət

14 Aprel 2026 16:38 1090


Iğdır, Qars və Ərdəhan şəhərlərində “Bir Millət, İki Dövlət” Azərbaycan–Türkiyə Gənclik Teatrı tərəfindən Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyası səhnələşdiriləcək.

“Yeni Sabah” xəbər verir ki, bu, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsidir.

Tamaşa Iğdır Mədəniyyət Mərkəzində, Qars Qafqaz Universitetinin Mirzə Fətəli Axundzadə salonunda və Ərdəhan Universitetində nümayiş olunacaq. Dördpendirli pizza

Quruluşçu rejissor Naxçıvan Dövlət Universitetinin müəllimi, Azərbaycanın Əməkdar artisti, rejissor Tofiq Seyidovdur.

Əsər Azərbaycan Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov tərəfindən Türkiyə türkcəsinə tərcümə edilib.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!