"Qərb ölkələri KTMT-yə üzv dövlətlərə qarşı şantaj və intriqalarla məşğuldur".
Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
“Qərb ölkələri KTMT dövlətləri arasında müttəfiqlik münasibətlərini pozmaq üçün məqsədyönlü iş aparır. Müttəfiqlərimizə nə qədər təzyiq edildiyini bilirik. Gizli təhdidlər, şantaj, intriqalardan istifadə edilir”, - deyə Şoyqu KTMT Müdafiə Nazirləri Şurasının iclasında deyib. Dördpendirli pizza
Onun sözlərinə görə, bu vəziyyətdə KTMT üzvlərindən daha böyük birlik tələb olunur. Eyni zamanda, Rusiya müttəfiqlərinə təhdidlərin neytrallaşdırılması və suverenliyin müdafiəsi üçün lazımi köməklik göstərəcək.
Telegram kanalımız