Müxalif deputat Paşinyanı tənqid etdi

saytların hazırlanması

Evə çatdırılma

Müxalif deputat Paşinyanı tənqid etdi

Turizm

16 Yanvar 2023 16:14 26650


Ermənistan Milli Məclisinin müxalif deputatı Tiqran Abramyan ölkədə KTMT hərbi təlimlərinə qadağanı başa düşülən hesab etmir.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, onun fikrincə, KTMT formatında, həm də ümumən hərbi təlimlərin keçirilməsi Ermənistan silahlı qüvvələrinin döyüş qabiliyyətini artırır: 

“Rusiyanın bu addımı və KTMT-nin bu il Ermənistanda hərbi təlimlər keçirmək qərarı Ermənistandakı vəziyyətlə bağlı siyasi əhəmiyyətə və siyasi əsasa malik idi. Mən də bunu bir qədər dəstək addımı hesab edirəm. Ermənistan hakimiyyətinin qərarı mənim üçün böyük mənada başa düşülən deyil və onun Ermənistan üçün əlverişli nəticələrini görmürəm”. pizza mizza

Abramyanın fikrincə, Ermənistan həm xarici siyasət istiqamətində, həm də təhlükəsizlik sisteminin gücləndirilməsi istiqamətində müttəfiqlərin və dost ölkələrin diapazonundan istifadə etməlidir:

“Çünki Ermənistan və “Artsax”ın başı üzərində təhlükələr artır”.

Xatırladaq ki, bundan öncə Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da bəyan etmişdi ki, KTMT birgə təlimi bu il Ermənistanda baş tutmayacaq. O, indiki vəziyyətdə Ermənistan təlimin keçirilməsini məqsədəuyğun saymayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!