Bu gün Azərbaycan Xalq Hərəkatının təsis konfransı keçiriləcək. İclas Azərbaycan Demokrat Partiyasının qərargahında yerləşən akt zalında baş tutacaq.
Təşkilatın yaradılmasında təşəbbüskarlardan biri, sabiq Daxili İşlər naziri İsgəndər Həmidov “Yeni Sabah”a açıqlamasında hər kəsin bu günkü konfransda iştirak edə biləcəyini bildirib:
“Azərbaycan Xalq Hərəkatı yanvarın 19-da təsis olundu. Bu tarix yanvarın 20-sində rus qoşunlarının Bakıya girməsinə etiraz əlaməti olaraq seçildi. Lakin böyük yığıncaq bu gündür. Hazırda iclasa hazırlaşırıq. Sezar pizza
Azərbaycan Xalq Hərəkatı ölkədə gedən proseslərin demokratlaşmasına, bütün dünya standart qanunlarına uyğunlaşmasına, insan haqlarının pozulmasının qarşısının alınmasına yönələn bir təşkilat olacaq”.
İsgəndər Həmidovun sözlərinə görə, iclasda yalnız təsisçi və iştirak etmək istəyən partiyalar olacaq:
“Burda 17 partiya var. Bundan əlavə, kim istəsə gələ bilər. Yəni təsisçi partiyalar və digər istəyən şəxslər iclasımızda iştirak edəcək. Lakin iclasa özəl heç kəs dəvət olunmayıb.
Biz yaratdığımız Xalq Hərəkatı partiya birlikləri deyil. Bu yaradılan Xalq Hərəkatı xalqına söykənərək, xalqın arxasında yaranan bir təşkilatdır. Burada fərdlər də, ziyalılarımız da, ayrı-ayrı insanlar da olacaq”.
Telegram kanalımız