Muxtariyyət rəhbəri Türkiyədən kömək istədi

saytların hazırlanması

Evə çatdırılma

Muxtariyyət rəhbəri Türkiyədən kömək istədi

Dünya

06 Mart 2024 11:53 655


Qaqauz muxtariyyəti Türkiyənin Moldova hakimiyyətinə təsir edəcəyini və bölgənin xüsusi hüquqi statusunun pozulmasına imkan verməyəcəyini gözləyir.

Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul bildirib.

“Keçən ilin sentyabrda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdə hakim partiyanın və Moldova prezidentinin qaqauz xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasətindən danışdım. Ümid edirik ki, rəsmi Ankara Moldova hakimiyyətinə təsir edəcək və xüsusi hüquqi statusumuzun pozulmasına imkan verməyəcək”, – deyə Qutsul vurğulayıb. pizza sifarişi

Bundan əvvəl Qaqauziya rəhbəri Türkiyəyə müraciət edərək rəsmi Kişineunu regionda sabitliyi pozmaq və Qaqauz muxtariyyətini manipulyasiya etmək cəhdlərindən əl çəkməyə çağırıb.

Keçən ilin yazında Qaqauziyada bölgə rəhbəri seçkiləri keçirilib və rusiyayönlü Şor partiyasının namizədi olan Qutsul qalib gəlib. Moldova hakimiyyəti iyun ayında bu partiyanı konstitusiyaya zidd elan edərək, digər məsələlərlə yanaşı, Rusiya ilə əməkdaşlıqda ittiham edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!