Xəbər verdiyimiz kimi, “Arsenal”ın erməni əsilli futbolçusu Mxitariyan Avropa Liqasının final oyununda Bakıya gələcək. Bu isə bir çoxlarının ürəyincə deyil.
Məsələyə vətənpərvərlik, ya futbol qaydaları nöqteyi nəzərindən baxmalıyıq? Bu sualımızı idman əməkdaşı Anar Xanlarov açıqlamasında bu tərzdə cavablandırıb:
“Bilirsiniz, bu elə mövzudur ki, artıq neçə illərdir ki, avrokuboklar zamanı aktuallaşır. Tək Mxitaryanla yox, digər erməni və erməni əsilli futbolçularla bağlı. Hələ 2006-cı ildə "Qarabağ" "Zimbru" ilə Kuboklar Kuboku matçına çıxanda da analoji durum yaranmışdı. O zaman da "Zimbru"nun heyətindəki erməni futbolçu Bakıya gəlməmişdi. Daha sonra klublarımızın bir neçə avrokubok matçında da komandalarımızın rəqiblərinin heyətində olan erməni futbolçular ölkəmizə gəlməmişdi. O cümlədən də Mxitaryan. Toyuqlu pizza
İndi isə vəziyyət fərqlidir. Çünki söhbət Avropa Liqasının finalından gedir və finalda iki ingilis komandası üz-üzə gələcək. Burda hər şey sırf Mxitaryanın özündən asılıdır. UEFA erməni futbolçusunun təhlükəsizliyini təmin etmək tələbi qoyacaq. Azərbaycan da bu turnirin finalına ev sahibliyi etməyi boynuna götürübsə, sona qədər bu məsuliyyəti daşımalıdır. Uzun sözün qısası, biz vətənрərvərliyimizi bir erməninin Bakıya gəlişinə etirazla yox, həmin ermənin həmyerlilərini doğma toraqlarımızdan qovub təmizləməklə sübut etməliyik”.
Naibə Məmmədova
Telegram kanalımız