Myanma lideri İlham Əliyevə məktub ünvanladı

saytların hazırlanması

Evə çatdırılma

Myanma lideri İlham Əliyevə məktub ünvanladı

Siyasət

27 May 2023 20:39 656


Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaing Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Yenisabah.az xəbər verir ki, məktubda deyilir: 

“28 May – Müstəqillik Günü münasibətilə Sizə və Zati-alinizin simasında Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. pizza

Əminəm ki, Myanma ilə Azərbaycan arasında mövcud dostluq münasibətləri ölkələrimiz və xalqlarımız üçün səmərəli olacaqdır.

Sizə möhkəm cansağlığı və şəxsi rifah, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!