Nadir hadisə: Qadın eyni anda 9 uşağa hamilədir - Video

saytların hazırlanması

Evə çatdırılma

Nadir hadisə: Qadın eyni anda 9 uşağa hamilədir - Video

Dünya

15 Noyabr 2025 16:20 1162


Misirdə baş verən qeyri-adi hadisə sosial mediada gündəm olub. Rutin USM müayinəsinə gedən bir qadın gözləmədiyi xəbər alıb - o, eyni anda doqquz körpəyə hamilədir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ilk olaraq “əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Həkimlərin sözlərinə görə, belə çoxsaylı hamiləliyin yaranmasına səbəb qadının sonsuzluğa qarşı dərmanları həkim məsləhəti olmadan istifadə etməsidir. Bu cür preparatlar yumurtalıqları eyni dövrdə bir neçə yumurta hüceyrəsi yaratmağa sövq edir. Dozanın düzgün seçilməməsi isə çoxlu sayda yumurtanın eyni anda yetişib mayalanmasına yol aça bilər. Marqarita pizza

Həkimlər hazırda qadının vəziyyətini nəzarətdə saxlayırlar. Doqquz körpənin hamısının dünyaya gələcəyi ilə bağlı dəqiq məlumat verilmir. Ginekoloqlar bildirirlər ki, müasir tibbdə həm ananın sağlamlığını qorumaq, həm də digər embrionların inkişafını normallaşdırmaq üçün bəzən embrion sayının azaldılması təklif olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!