Namaz qılmayan şəxs oruc tuta bilərmi? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Namaz qılmayan şəxs oruc tuta bilərmi? - Açıqlama

Din

27 Mart 2023 12:45 3719


Artıq  Ramazan ayı gəlib. Hər il olduğu kimi, bu il də insanların oruc tutmaq məsələsində bir sıra sualları yaranır. Belə suallardan biri isə Ramazan ayında oruc tutmaqla yanaşı, namaz qılmağın vacib olması məsələsidir. Bir qisim insan hesab edir ki, oruc tutan şəxs mütləq namaz qılmalıdır. Əks halda onun orucu qəbul olunmur. 

Mövzu ilə bağlı ilahiyyatçı deputat Ceyhun Məmmədov saytımıza açıqlama verib: “Zaman-zaman ən çox müzakirə olunan mövzulardan biri də namaz qılmayan şəxsin oruc tutması ilə bağlıdır. İslam müsəlmanlara bütün ibadətləri yerinə yetirməyi tövsiyə edir. Bu baxımdan oruc tutan şəxsin namaz qılmaqla yanaşı, digər ibadətləri də yerinə yetirməsi daha doğrudur.

Ancaq namaz və oruc ayrı-ayrı ibadətlər olduğuna görə namaz qılmayan şəxsin oruc tutmasında heç bir problem yoxdur. Bəlkə də, bu il oruc tutan şəxs növbəti günlərdə namaz qılmağa da başlayacaq. Ona görə daha çox başqalarının deyil, özümüzün əməllərini təftiş edək. Allah bütün dua və ibadətləri qəbul etsin!”  pizza

ƏSMƏTXANIM 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!