“Namazı məsciddə qılmaq vacib deyil”   - İlahiyyatçı

saytların hazırlanması

Evə çatdırılma

“Namazı məsciddə qılmaq vacib deyil” - İlahiyyatçı

Din

08 Aprel 2020 18:18 1637


Rusiya Müsəlmanları Ruhani Məclisinin Üləmalar Şurası Ramazan ayında şam namazlarını özünütəcrid rejimini pozmadan qılmaqla bağlı çağırış edib.

Yenisabah.az xəbər verir ki, sözügedən qurum hökumətin qəbul etdiyi profilaktika tədbirlərinin pozulmasının yolverilməz olduğunu vurğulayıb: “Sağlam məntiq tələbiylə çıxış edərək və qanunvericilik tələblərini nəzərə alaraq, Üləmalar Şurası müəyyən edib ki, namazları yalnız ev şəraitində qılmaq mümkündür”.

Maraqlıdır, Ramazan ayında namazı evdə qılmaq mümkündürmü? Azərbaycanda da analoji addım atıla bilərmi? Marqarita pizza

İlahiyyatçı Elşad Miri saytımıza açıqlamasında bildirib ki, Ramazan ayında nəzərdə tutulan Təravih namazlarının da məsciddə və ya evdə qılınması ilə bağlı heç bir prosedur yoxdur: “Çox təəssüflər olsun ki, insanlar bir saatdan çox çəkən həmin o namazı 20 rükət qılırlar, insanlar başa düşüb-düşməmələrindən asılı olmayaraq belə edirlər. Bu düzgün yanaşma deyil, mən onun tərəfdarı deyiləm. Əgər karantin müddəti uzanacaqsa, Ramazan ayında bu namazı yenə də qılmaq istəyən insanlar maksimum 2 və ya 8 rükət olacaq şəkildə qıla bilərlər. Bir şeyi də nəzərə almalıdırlar. Bu müddətdə Quran oxunmalıdır, çünki məsələ ac-sussus qalmaqdan ibarət deyil. Həmin ay Quranın insanlığa, bəşəriyyətə göndərilmə ayı olduğuna görə biz həmin ayı Quran oxumaqla keçirməliyik. Surələri oxuyub anlamalıyıq. Orada yazılanları mütaliə və müzakirə etməliyik. Yoxsa namazı anlamadan ritual şəkildə gedib bir yerdə ayin formasında qılmağın bir mənası olarmı?”

İlahiyyatçı qeyd edib ki, İslamda Təravih namazı peyğəmbərin dövründə olmayıb, sonradan həyata keçirilib: “Peyğəmbərin dövründə qılınan namaz 2 və 8 rükət arasında olub. Bu peyğəmbərin özünün evində qıldığı namazdır. Daha sonrakı dövrdə insanlar bir yerə yığılaraq məsciddə qılıblar. Pyğəmbərin etdiyi kimi etmək daha doğrudur”.

Elşad Miri din xadimləri məsələsinə də toxunub: “İslamda din xadimi deyilən anlayış yoxdur, bu gün mövcud olan din xadimləri gedib məclisdə sanki müştəri gözləyirlər. Yəni kiminsə vəfat edəni olsun, gəlsinlər götürüb aparsınlar, yas məclislərini yola versinlər və oradan pul qazansınlar. İslamda belə bir şey yoxdur. İnsanlar namazlarını özləri də yığışıb qıla bilərlər. Bunun üçün xüsusi birinin təyin edilməsinin heç bir mahiyyəti yoxdur”.

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!