Naməlum xəstəlik səbəbilə Balakəndə karantin elan edilib? -   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Naməlum xəstəlik səbəbilə Balakəndə karantin elan edilib? - Açıqlama

Sağlamlıq

17 Sentyabr 2019 08:41 1145


Səhiyyə Nazirliyi Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin aşkarlanması, həmin kəndlərdə karantin elan edilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, yayılan xəbərlər həqiqətə uyğun deyil:

"Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə verdiyi məlumata görə, adıçəkilən kəndlərdən tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb. Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da sözügedən kənd sakinləri tərəfindən hər hansı bir müraciət qeydə alınmayıb". Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!