Meyxanaçı Namiq Qaraçuxurlunun səhhətində problem yaranıb.
“Yeni Sabah”ın məlumatına görə, sənətçi bu haqda "X maqazin"ə açıqlamasında deyib. O bildirib ki, son günlər tez-tez xəstələnir: "Səhhətim bezdirib məni. Xəstəlik gedir-gəlir. Xəstəlik gəldi, sağaldım, yenə başladı".
Bir neçə il əvvəl ayağı sınan Namiq yenidən əməliyyata ehtiyacı olduğunu deyib: "Əsa ilə gəzirəm. Arada yaxşılaşmışdım. Uzun yol getdim, maşını özüm sürdüm. Sonra gəlib bağda işlədim, ayağım yenidən ağrıdı. Mayda əməliyyat olunacam, ayağımdakı dəmirlər çıxarılacaq". Dördpendirli pizza
Telegram kanalımız