Namiq Salahov vəfat etdi   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Namiq Salahov vəfat etdi - FOTO

Hadisə

18 Mart 2026 18:52 706


Azərbaycanda bələdiyyə sədri vəfat edib.

"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, Ağcabədi rayonu Sarıcalı, Taynaq və Poladlı kənd Bələdiyyəsinin sədri Namiq Salahov 64 yaşında dünyasını dəyişib. 

Onun ölüm səbəbi açıqlanmayıb.  Sezar pizza

Qeyd edək ki, Salahov Namiq Dostu oğlu  1961-cı il iyunun 26-da Ağcabədi rayonunun Sarıcalı kəndində anadan olub. 

1977-ci ildə Sarıcalı kənd orta məktəbini bitirib. Ali təhsilini başa vurduqdan sonra - 1981-ci ilədək Sarıcalı kənd Mədəniyyət evinin direktoru işləyib. 

1983-1988 illərdə Ağcabədi Rayon İstehlak Cəmiyyətində (RAYPO) çalışıb. 

Azərbaycanda bələdiiyyələr yarandığı gündən Sarıcalı Bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Son bir ildə Sarıcalı, Taynaq və Poladlı Bələdiyyəsinin (birləşdirilmiş bələdiyyə) sədri olub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!