Elektrik naqilləri oğurlayan şəxslər saxlanılıb.
DİN-dən “Yeni Sabah”a verilən məlumata əsasən, ötən ilin sentyabr ayında Ağcabədi rayon sakini Bəxtiyar Quliyev “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edərək ona məxsus evdən 300 metr uzunluqda elektrik naqillərinin oğurlandığı barədə məlumat verib.Məlumatla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini olan 2 yeniyetmə saxlanılıb.Dindirilmə zamanı onlar 300 metr uzunluqda elektrik naqillərini oğurlayıb dəyərindən ucuz qiymətə satdıqlarını etiraf edib.
Faktla bağlı araşdırma aparılır. Toyuqlu pizza
Telegram kanalımız