“Nar“ 60 faiz müraciəti 10 dəqiqə ərzində cavablandırır

saytların hazırlanması

Evə çatdırılma

“Nar“ 60 faiz müraciəti 10 dəqiqə ərzində cavablandırır

Sosial

19 Fevral 2019 21:14 690


“Nar” sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir

“Nar” abunəçilərinə Çağrı Mərkəzləri, nar.az internet səhifəsi ilə yanaşı, sosial media vasitəsilə də yüksəkkeyfiyyətli və operativ müştəri xidmətləri göstərməkdə davam edir.

“Yeni Sabah” xəbər verir ki,  sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlərin 30%-ə qədəri 1 dəqiqə, 60%-ə qədəri isə 10 dəqiqə ərzində cavablandırılır. Ümumilikdə, “Nar”-ın bütün sosial şəbəkələrindən daxil olan sorğularına ortalama 6 dəqiqə ərzində cavab verilir. Son 1 il ərzində mobil operatorun sosial şəbəkələri vasitəsilə abunəçilər tərəfindən 218 mindən çox müraciət daxil olub.  pizza hut

Qeyd edək ki, “Nar” sosial şəbəkələr üzərindən tam müştəri xidməti göstərən ilk telekommunikasiya şirkətidir. Mobil operatorun abunəçiləri hər hansı sual yarandıqda çağrı mərkəzinə getmədən, alternativ olaraq mobil operatorun sosial media səhifələrində də yüksəkkeyfiyyətli xidmətdən (balans haqqında məlumat, şəbəkə/internet çətinliklərinin aradan qaldırılması, “Nar”-ın xidmətləri, tarifləri, internet paketləri haqqında ərtaflı məlumat, nömrələr üzərində əməliyyat, gələn mesajlar haqqında ətraflı məlumat, texniki problemlərin həlli, endirim kampaniyaları, keçirilən müsabiqə və tədbirlərdə iştirak və s.) yararlana bilirlər. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!