“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur

saytların hazırlanması

Evə çatdırılma

“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur

Rəqəmsal

18 Mart 2019 20:14 1947


“Nar” Novruz bayramı ilə əlaqədar xaricə səyahət edəcək abunəçiləri üçün sərfəli rominq paketləri təqdim etməkdədir. 

“Yeni Sabah” xəbər verir ki, mobil operatorun istifadəçiləri “Nar” rominq ilə internet, “WhatsApp” vasitəsilə  pulsuz yazışma və səsli zəng əldə edirlər. Bütün abunəçilərini nəzərə olan “Nar” 4 müxtəlif rominq paketi təqdim edir. “Roaming 9” paketi 500 MB internet, “Roaming 15” paketi 500 MB internet və 50 dəqiqə səsli zəng, “Roaming 18” paketi 1 GB internet,  “Roaming 28” paketi isə 1 GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir. “Roaming 18” və “Roaming 28” paketlərində “WhatsApp” vasitəsilə   yazılı mesajlar pulsuzdur. “Roaming 9”, “Roaming 15” paketlərinin istifadə müddəti 5, “Roaming 18” və “Roaming 28” paketlərinin istifadə müddəti isə 15 gündür. 

Qeyd edək ki, “Nar”-ın təqdim etdiyi rominq paketlərinin sərfəli olması, istifadəçilərin sayını artırmaqdadır. Son 1 il ərzində “Nar”-ın rominq istifadəçilərinin sayı 174% artıb.  Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!