“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

saytların hazırlanması

Evə çatdırılma

“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

Rəqəmsal

12 Mart 2026 13:29 1443


Mobil operator “Nar” ölkənin yerli əmək bazarı üçün peşəkar kadrların hazırlanması istiqamətində təlimlərə başladı. “Nar”ın tərəfdaşlıq etdiyi universitetlərin tələbələri üçün keçirilən təlimlər seriyası, ilk olaraq, Azərbaycan Texniki Universitetində (AzTU) start götürdü.

“Nar”ın İnsan qaynaqları departamentinin peşəkar heyəti tərəfindən hazırlanan təlim proqramı texniki ixtisaslar üzrə təhsil alan tələbələrə rabitə sahəsi üzrə karyera perspektivləri, işə qəbul prosesi,  real iş həyatında tələb olunan bacarıqlar barədə bilikləri əhatə edir. Semestr ərzində iki mərhələdə keçiriləcək təlim ümumilikdə 40 iştirakçını əhatə edir.

Təlimdən öncə “Nar”ın baş icraçı direktoru Özgür Genc tələbələrlə görüşdü. Özgür Genc müasir dünyada texniki ixtisasların aparıcı rolunu vurğulayaraq hazırda bu sahənin peşəkarlarına hər zaman olduğundan daha artıq ehtiyac olduğunu bildirdi. pizza sifarişi

Qeyd edək ki, “Nar” Azərbaycanın rabitə bazarına peşəkar kadrların hazırlanması məqsədilə, paytaxt və regionlarda fəaliyyət göstərən universitetlərlə əməkdaşlıq edir və bu çərçivədə universitetin tələbələrinin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində davamlı layihələr həyata keçirir.

Mobil operatorun layihələri haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!