“Narahatlığımız İran tərəfinə çatdırılmışdı, buna baxmayaraq...”   - Ceyhun Bayramov

saytların hazırlanması

Evə çatdırılma

“Narahatlığımız İran tərəfinə çatdırılmışdı, buna baxmayaraq...” - Ceyhun Bayramov

Siyasət

04 Noyabr 2021 16:06 1736


“Azərbaycanın Qarabağ bölgəsinə İrandan maşınların keçməsi ilə bağlı narahatlığımız İran tərəfinə çatdırılmışdı. Buna baxmayaraq, belə hallar davam etmişdi”.

Yenisabah.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, daha sonra Azərbaycan ərazisində yoxlama tədbirləri keçirilən zaman İran şirkətlərinə məxsus iki nəqliyyat vasitəsinin qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olması faktları aşkar edilmiş, həmin sürücülər saxlanılmış, maşınlar müsadirə edilmişdi: Dominos pizza

“Sonradan müxtəlif istiqamətlər, o cümlədən diplomatik kanallar vasitəsilə danışıqlar davam etdirildi. Hesab edirəm ki, bu istiqamətdə normal nəticə əldə olundu. İranın Şəhərsalma və Nəqliyyat Nazirliyi daxilində olan müvafiq qurum tərəfindən bu istiqamətlə bağlı rəsmi açıqlama verilmişdi”. 

Nazir deyib ki, son həftələrdə İran tərəfdən müsbət mesajlar səsləndirilir.

"Biz bu mesajları yüksək qiymətləndiririk".

O bildirib ki, Azərbaycanın hazırkı məqsədi odur ki, İranla əlaqələri keçmişdə olduğu kimi, müsbət müstəvidə inkişaf etdirməkdir: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!