“Nar”ın bu təklifindən istifadə edənlərin sayı 2 dəfə artıb

saytların hazırlanması

Evə çatdırılma

“Nar”ın bu təklifindən istifadə edənlərin sayı 2 dəfə artıb

Sosial

30 Yanvar 2019 21:36 948


Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar”ın abunəçilər üçün ev və mobil xidmətlərini bir yerdə təqdim etdiyi “Qutu” istifadəçilərinin sayı sürətlə artmaqdadır.

Şirkətdən "Yeni Sabah"a verilən məlumata görə,  1 il ərzində “Qutu” istifadəçilərinin sayı 2 dəfə çoxalıb. Artıma səbəb yüksəkkeyfiyyətli xidmət, sərfəli qiymət və təklif, əhatə dairəsinin geniş olması, eyni zamanda müştərilərlə mütəmadi ünsiyyətin qurulmasıdır.

Qeyd edək ki, “Qutu” ev üçün fiber-optik internet, rəqəmsal TV və mobil rabitə üçün ölkədaxili bütün istiqamətlərə danışıq dəqiqələri təqdim edir və mobil internet xidmətlərini birləşdirir. “Qutu” təklifinə qoşulanlar yalnız innovativ xidmətlərdən yararlanmır, eyni zamanada xərclərinə və vaxtına qənaət edə bilirlər. Bundan başqa, istifadəçilər rabitə xərclərini 50%-dək azaldırlar.   Pepperoni pizza

“Qutu” təklifi abunəçilərin istək və tələblərini nəzərə alaraq 5 müxtəlif  paketdən ibarətdir. “Nar” müştərilərə 50-si HD olmaqla 240-dan çox telekanal izləmək, fiber-optik texnologiya üzərindən yüksəksürətli internet, ölkədaxili danışıq dəqiqələri, mobil internet və SMS bonusları təqdim edir. “Qutu” istifadəçiləri qeyd edilən bütün xidmətlər üçün yalnız bir operatora ödəniş edirlər. Bundan başqa, “Qutu” təklifinə qoşularaq, öncədən ödəniş etmək istəyənlər rəqəmsal TV və internet xidməti üçün lazım olan TV-tüner və Wi-Fi ruterini pulsuz əldə edə bilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!