Narin cinayətinə görə 22 nəfər saxlanıldı - Onlar kimlərdir? 

saytların hazırlanması

Evə çatdırılma

Narin cinayətinə görə 22 nəfər saxlanıldı - Onlar kimlərdir? 

Kriminal

12 Sentyabr 2024 14:50 722


Diyarbəkirdə vəhşicəsinə qətlə yetirilən 8 yaşlı Narin Güranın istintaqında dindirilməsi davam edən 22 şübhəlinin şəxsiyyəti müəyyənləşib. 

Bakupost.az xəbər verir ki, şübhəlilərin əksəriyyətinin ailə üzvləri olduğu məlum olub. 

Bütün Türkiyə Diyarbəkirdə qətlə yetirilən 8 yaşlı Narindən danışır. Bağlar rayonunun Tavantəpə kəndində 19 gündür itkin düşən Narin Güranın cansız cəsədi axtarışların 19-cu günü tapılıb. Bu vəhşilikdən sonra hərtərəfli istintaq başladılıb.  pizza mizza

Narin dəfn edildikdən sonra bir çox istiqamətdə istintaq davam edərkən 22 şübhəli ədliyyəyə sövq edilib. Haqqında prokurorluq araşdırmasına başlanılan 22 nəfərin təfərrüatlı dindirilməsi davam edir. 

Şübhəlilər BİR-BİRİNİ GÖRMƏYƏCƏKLƏR 

4 məhkəmə zalı təşkil edilib. Şübhəlilər orada, bir-birindən uzaqda ifadə verəcəklər. Onların ifadələri ayrıca alınacaq.

İstintaq çərçivəsində 24 şübhəli nəzarətə alındı. Narinin cəsədini dərə yatağında basdırdığını etiraf edən Nevzat Bəxtiyar da şübhəlilər arasındadır. Dindirildikdən sonra məhkəməyə çıxarılan Nevzat Bəxtiyar həbs edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!