Narkokuryerlər özlərini “meyvə satıcısı“ kimi apardı -   Ələ keçdilər

saytların hazırlanması

Evə çatdırılma

Narkokuryerlər özlərini “meyvə satıcısı“ kimi apardı - Ələ keçdilər

Kriminal

01 Dekabr 2025 11:40 586


Azərbaycan ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda güclü təsiredən xassəyə malik narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının çətin relyef şəraitli ərazidə keçirdikləri əməliyyat tədbirlərilə əvvəllər məhkum olunmuş 40 yaşlı Elmir Daşdəmirov, 58 yaşlı Cavanşir Əkbərov və 68 yaşlı  Məhərrəm Rəhimov saxlanılıblar.

Onlardan xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdikləri 12 kiloqram narkotik vasitə və psixotrop maddə, o cümlədən 7 kiloqram heroin, 5 kiloqram metamfetamin, əlavə olaraq marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotiklərin daşınmasını həyata keçirərkən diqqət çəkməmək və ifşa olunmamaq məqsədilə guya sitrus meyvələrinin satışı ilə məşğul olduqlarının görüntüsünü yaradıblar.  Marqarita pizza

Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər üçü barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!