Narkotik alveri ilə məşğul olan saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Narkotik alveri ilə məşğul olan saxlanılıb

Kriminal

06 Mart 2019 15:31 838


Qanunsuz narkotik dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Təhməzov saxlanılıb.Şəxsi axtarış zamanı ondan tiryək aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən isə çəkisi 4,2 kiloqrama yaxın tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başladılıb. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!