Narkotik satan daha 17 nəfər saxlanıldı - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Narkotik satan daha 17 nəfər saxlanıldı - FOTO

Kriminal

11 Yanvar 2023 10:03 972


Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş tədbirlər nəticəsində dekabr ayında 11, yanvar ayında isə 6 nəfər saxlanılıb və onlardan ümumilikdə 2 kiloqrama yaxın müxtəlif adda narkotik götürülüb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlərlə rayon sakini Əli Qurbanov saxlanılıb. 

Axtarış zamanı ondan 1 kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin aşkar edilib. Dinidirilərkən o, narkotik vasitəni Bakı şəhərindəki ərazidən götürərək yaşadığı ünvana gətirdiyini etiraf edib.  pizza mizza

Bundan başqa keçirilmiş tədbirlərlə dekabr və yanvar aylarında daha 16 nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılıb. Həmin şəxslərdən də müxtəlif çəkilərdə narkotik vasitələr aşkar edilərək götürülüb. 

Faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!