Narkotik satan şəxslər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Narkotik satan şəxslər tutuldu

Kriminal

26 Yanvar 2019 17:01 1204


Paytaxtda narkotik alverçiləri saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Yeni Sabah”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini S.Babayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana və metamfetamin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə S.Babayevin narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Əməliyyat tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Bülbülə qəsəbə sakini M.Mütəllimzadə və ona da narkotik vasitəni satmaqda şübhəli bilinən Müşfiq qəsəbə sakini N.Abdullayev saxlanılıblar. N.Abdullayevdən metamfetamin aşkar edilərək götürülüb. Sezar pizza

Bundan başqa, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini V.Rəhimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

V.Rəhimova narkotik vasitəni satmaqda şübhəli bilinən paytaxt sakini A.Cəfərov da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb, ondan heroin və marixuana götürülüb.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!