Narkotik, spirt və sürət:   Qusarda polis əməliyyatı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Narkotik, spirt və sürət: Qusarda polis əməliyyatı - VİDEO

Kriminal

14 Yanvar 2026 14:08 429


Qusar rayonunda yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.

"Yeni Sabah" xəbər verir ki, Qusar Rayon Polis İdarəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydaları kobud şəkildə pozaraq avtoxuliqanlıq edən daha bir sürücü - 28 yaşlı Tural Qasımov saxlanılıb. Onun idarə etdiyi "VAZ 2106" markalı 38-BX-530 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını davamlı şəkildə pozduğu təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb. Araşdırma zamanı sürücünün avtoxuliqanlıq edən zaman narkotik vasitə və spirtli içkinin təsiri altında olduğu da müəyyən edlib. 

Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. pizza

Məhkəmənin qərarı ilə R.Qasımovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 1 ay inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!