Narkotiki leqallaşdırma layihəsi - İsveçrədə sınaq

saytların hazırlanması

Evə çatdırılma

Narkotiki leqallaşdırma layihəsi - İsveçrədə sınaq

Dünya

21 Aprel 2022 16:56 498


İsveçrə hökuməti əhalinin əyləncə məqsədilə qanuni şəkildə marixuana satışı üçün yeni bir araşdırma layihəsi hazırlayıb.

Yenisabah.az "SDA"ya istinadla xəbər verir ki, pilot layihə çərçivəsində Bazeldə yaşayan 400 nəfər istifadəçiyə 2-2.5 ildə marixuana satılacaq və onlar hər dəfə müayinədən keçiriləcəklər.

Layihəyə Bazel bələdiyyəsi, şəhər universiteti, psixoloji mərkəzlər və klinikalar da qatılacaq. pizza sifarişi

İsveçrə Federal Xalq Sağlamlığı Nazirliyi bildirib ki, əsas məqsəd marixuananın istifadəçilərin zehni və fiziki sağlamlığına nə dərəcədə təsir etdiyini öyrənməkdir. Nəticədən asılı olaraq gələcəkdə bütün ölkədə marixuana tam leqallaşdırıla bilər.

İsveçrə hökuməti ölkədə qanunsuz şəkildə marixuana satışından və 220 mindən çox istifadəçinin varlığından xəbərdar olduğunu bildirib. Bu məqsədlə onun satışı və istifadəsinə qoyulan qadağanın mənasız olduğunu düşünür. Hökumət bu layihə ilə marixuananın satışına və istifadəçilərinə nəzarət etməyi planlaşdırır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!