Narkotikin təsiri altında avtobus sürən şəxs həbs olundu -   Video

saytların hazırlanması

Evə çatdırılma

Narkotikin təsiri altında avtobus sürən şəxs həbs olundu - Video

Hadisə

09 Oktyabr 2025 13:28 308


Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Sonuncu tədbir nəticəsində şəhər ərazisində 123 saylı marşrut xətti üzrə hərəkət edən 50-AF-276 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edən sürücü Şahin İbrahimovun narkotik maddə qəbul etdiyi barədə şübhə yarandığından o, yol polisləri tərəfindən saxlanılaraq tibbi müayinəyə aparılıb. pizza sifarişi

Müayinə zamanı Ş.İbrahimovun narkotik maddə qəbul etdiyi müəyyən olunub. Onun barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Ş.İbrahimov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati qaydada həbs olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!