Salyan rayon sakini Alim Babayevin “Mercedes” markalı avtomobili narkotik təsir altında idarə etdiyi aydınlaşıb.
"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, sənədlərin yoxlanılması zamanı sürücünün bir müddət əvvəl narkotik sərxoşluğuna görə inzibati məsuliyyətə cəlb edildiyi müəyyən olunub. Qeyri-adekvat hərəkətləri şübhə doğurduğu üçün tibbi müayinəyə dəvət olunan A.Babayevin yenə də narkotik vasitənin təsiri altında olması aşkar edilib.
Məhkəmənin qərarı ilə A.Babayev 2 il sürücülük hüququndan məhrum edilməklə inzibati məsuliyyətə cəlb olunub. pizza hut
Telegram kanalımız