Narkotikin təsiri ilə maşın sürən sürücü - 15 sutka həbs

saytların hazırlanması

Evə çatdırılma

Narkotikin təsiri ilə maşın sürən sürücü - 15 sutka həbs

Kriminal

26 Yanvar 2023 10:28 822


Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, "Ford Tranzit” markalı yük avtomobilinin sürücüsü Bəxtiyar Əskərov yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. B.Əskərovun barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və məhkəməyə göndərilib. Pepperoni pizza

Quba rayon məhkəməsinin qərarına əsasən həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!