Narkotiklə bağlı iki nəfər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Narkotiklə bağlı iki nəfər tutuldu

Kriminal

28 Yanvar 2019 17:46 1257


Xızı Rayon Polis polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Altıağac qəsəbə sakini 30 yaşlı Rəşad Bağırov saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən onun üzərinə keçirilən şəxsi baxış zamanı ondan ümumi çəkisi 445 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib.

Həmçinin narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini 48 yaşlı Cavid Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaşadığı evə baxış zamanı 20 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Marqarita pizza

Hər iki şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!