“NASA” 530 əməkdaşını ixtisar edib

saytların hazırlanması

Evə çatdırılma

“NASA” 530 əməkdaşını ixtisar edib

Dünya

11 Fevral 2024 11:04 436


ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) büdcənin azaldılması səbəbindən “Kaliforniyadakı Jet Propulsion Laboratory”nin (JPL) 530 əməkdaşını işdən çıxarıb.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “NASA”-nın saytında dərc edilən açıqlamaya görə, agentlik büdcə kəsirləri səbəbindən 8 faiz kiçilib. Büdcənin kəsilməsinin bir hissəsi olaraq JPL-də 530 işçi ixtisar edilib.

JPL Cənubi Kaliforniya direktoru Laurie Leshin mövzu ilə bağlı verdiyi açıqlamada işdən çıxarma qərarını "kədərli, lakin zəruri" adlandırıb. Leshin bəyan edib ki, büdcənin azaldılmasından sonra xərclərin məhdudlaşdırılması barədə qərar qəbul edilib. pizza hut

Büdcənin kəsilməsindən təsirlənən və Marsdan qaya və toz nümunələrini toplayaraq Yerə gətirməyi planlaşdıran “Mars Sample Return" (MSR) missiyası diqqət çəkir. Bu missiya NASA-nın insanları Marsa göndərmək üçün hazırlıq prosesini dəstəkləmək məqsədi daşıyır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!