NASA komandirindən etiraf: “Yanımdan bir UFO keçdi”

saytların hazırlanması

Evə çatdırılma

NASA komandirindən etiraf: “Yanımdan bir UFO keçdi”

Maraqlı

29 Dekabr 2024 20:12 1542


Son illərdə ABŞ-da UFO-larla bağlı iddialara yenisi əlavə edilib.

Yenisabah.az Publika.az-a istinadən xəbər verir ki, NASA astronavtı Leroy Çiao Texas üzərində uçarkən iki metal kürə formalı UFO gördüyünü açıqlayıb.

2004-2005-ci illərdə Beynəlxalq Kosmik Stansiyaya 10-cu ekspedisiyanın komandiri vəzifəsini yerinə yetirən Leroy Çiao bu obyektlərin 9 min fut yüksəklikdə uçarkən onun təyyarəsinin sol tərəfindən keçdiyini bildirib. pizza mizza

O, obyektlərdən birinin digərinin üstündə uçduğunu və hər birinin diametrinin təxminən 90 sm olduğunu söyləyib:

“Az qala qəzaya uğrayacaqdılar, amma xoşbəxtlikdən heç nə olmadı. Onlar qəzaya uğrasaydı, nəticə pis ola bilərdi. Hadisə o qədər tez baş verdi ki, qorxmağa belə imkanım olmadı”.

Keçmiş astronavt eyni zamanda bunların ABŞ-ın gizli hərbi texnologiyası ola biləcəyini də ehtimal edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!