NATO baş katibi İsveç və Finlandiyaya səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

NATO baş katibi İsveç və Finlandiyaya səfər edəcək

Dünya

10 İyun 2022 17:07 995


NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 12-13-də Finlandiya və İsveçə səfər edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə NATO iyunun 10-da açıqlama yayıb.

Baş katib həmin ölkələrin rəhbərləri ilə Finlandiya və İsveçin alyansa üzvlüyə qəbulunun perspektivini müzakirə edəcək: pizza hut

“NATO-nun Baş katibi iyunun 12-də Finlandiya Prezidenti Sauli Niinistyö, xarici işlər naziri Pekkoy Xaavisto və ölkənin başqa rəsmi şəxsləri ilə görüşəcək. İyunun 13-də isə İsveçə yollanacaq. Orada Baş nazir Maqdalena Andersson və hökumət üzvləri ilə görüşəcək”.

Qeyd edək ki, bu il mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün ərizə verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!