"NATO Ukraynadakı münaqişənin tərəfi olmayacaq, ora qoşun göndərməyəcək".
Yenisabah.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.
O izah edib: "Çünki Alyans Rusiya ilə birbaşa müharibədən yayınmaq niyyətindədir". Toyuqlu pizza
Stoltenberq vurğulayıb: "NATO münaqişənin bir hissəsi olmayacaq, biz qoşunlarımızı onların birbaşa müharibədə iştirak edəcəyi regiona göndərməyəcəyik. Ukraynaya dəstək - bəli, lakin müharibədə birbaşa iştirak etmədən. NATO münaqişənin Rusiya ilə NATO arasında müharibəyə çevrilməsinin qarşısını almaq niyyətindədir".
Telegram kanalımız