"Türkiyə nə müdafiə, nə də terrorla mübarizədə NATO müttəfiqlərindən gözlənilən dəstəyi ala bilməyib".
Yenisabah.az "TRT Haber"ə istinadal xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
"Türkiyə nə müdafiə ehtiyaclarını ödəməkdə, nə də 40 illik terrorla mübarizədə müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilməyib. Ölkəmiz dəfələrlə aşkar və gizli sanksiyalara, təhdidlərə, təzyiqlərə və şantajlara məruz qalıb, - deyə dövlət başçısı “Xızır Reis” sualtı qayığının yedəklənməsi və “Selman Reis” sualtı qayığının Gölcük tərsanəsində ilk qaynaq mərasimində çıxışı zamanı deyib. pizza mizza
O əlavə edib: "Türkiyə NATO-dan terrorla mübarizə üçün diplomatik bəyanatlar deyil, konkret addımlar görmək istəyir".
Prezident Tayyib Ərdoğan vurğulayıb:
“NATO-nun bədəlini ödəyən bir ölkə olaraq biz açıq diplomatik bəyanatlar deyil, konkret addımlar görmək istəyirik".
Ərdoğan bildirib ki, İsveçin NATO-ya üzvlüyü müzakirə edilərkən Türkiyə Stokholmun Ankaraya qarşı sanksiyalarını kənara qoya bilməz:
"NATO və üzv olduğumuz beynəlxalq təşkilatlarda oynadığımız həyati rol bəlli olsa da, bəzi müttəfiqlərimiz hələ də sanksiyaların ləğvindən danışır. Biz İsveçin bizə qarşı sanksiyalarını bir kənara qoya bilmərik".
Telegram kanalımız