“NATO-nun əsas məqsədi qondarma “Rusiya təhlükəsi” imicini yaratmaqdır”.
Yenisabah.az xəbər verir ki, bu barədə “Global Times” qəzeti Çinin Renmin Universitetinin Qlobal və Regional Tədqiqatlar Məktəbinin baş elmi işçisi Vanq Syanjunun bəyanatına istinadən məlumat yayıb.
“NATO-nun məqsədi “Rusiya təhlükəsi”nin formalaşmasını davam etdirmək və Avropa İttifaqına üzv dövlətlərin vətəndaşlarının dəstəyini almaqdır. Bundan əlavə, Şimali Atlantika Alyansının rəhbərliyi müdafiəyə böyük xərclərə və Rusiya iqtisadiyyatına davamlı təzyiqlərə haqq qazandırmağa çalışır. Bununla belə, bu cür hərəkətlər dünyada gərginliyin daha da artmasına səbəb ola bilər”, - deyə ekspert vurğulayıb. Dominos pizza
Telegram kanalımız