ABŞ və Fransa hərbi gəmiləri Helsinki limanında lövbər atacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə Finlandiyanın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Məlumatda deyilir: "ABŞ Hərbi Dəniz Qüvvələrinin 2 təyyarədaşıyan gəmisi, “Gravely” və “Gunston Hall”, eləcə də Fransanın “Latouche-Treville” gəmisi mayın 27-dən 30-dək Helsinkidə olacaq. Eyni zamanda, paytaxtın Hernesaar limanında Almaniyanın “Sachsen” gəmisi də var". pizza sifarişi
Finlandiya rəsmiləri əlavə edib ki, ABŞ, Almaniya və Fransadan gəmilərin Helsinki limanına daxil olması daha əvvəl alyans ölkələri ilə birgə keçirilən təlimlər fonunda baş verir.
Xatırladaq ki, Finlandiya və NATO-dan səmərəli şəkildə hərbi yardım almasına imkan verən qarşılıqlı texniki yardım sazişi imzalayıb. Bundan başqa, Finlandiya və İsveçin NATO-dakı səfirləri Klaus Korohonen və Axel Vernhoff üzv olmaq üçün ərizələrini Baş katib Yens Stoltenberqə təqdim ediblər.
Telegram kanalımız