NATO Moskvadakı ofisini bərpa etmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

NATO Moskvadakı ofisini bərpa etmək istəyir

Siyasət

12 Yanvar 2022 22:37 687


NATO Moskvadakı missiyasının işini, eləcə də Rusiyanın Şimali Atlantika Alyansının Brüsseldəki qərargahında diplomatik mövcudluğunu bərpa etməkdə maraqlıdır.

Yenisabah.az xəbər verir ki, bunu çərşənbə günü NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Rusiya-NATO Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.

"NATO müttəfiqləri daha dərindən danışıqlar aparmaq, müəyyən təkliflər irəli sürmək və konstruktiv nəticələr əldə etmək üçün Rusiya nümayəndələri ilə yenidən görüşməyə hazırdırlar. Marqarita pizza

Qarşılıqlı fəaliyyətə gəlincə, NATO müttəfiqləri mülki və hərbi kommunikasiya kanallarını inkişaf etdirmək imkanlarını axtarmaqda, eləcə də Moskva və Brüsseldəki missiyalarımızın işini bərpa etmək imkanlarında maraqlıdırlar", - deyə Stoltenberq bildirib.

"Rusiyanın NATO-dakı diplomatik missiyasını və NATO-nun Moskvadakı ofisini bağlamasından  təəssüflənirik. Biz açıq şəkildə bildirdik ki, həm Rusiyanın NATO-dakı missiyasını, həm də NATO-nun Moskvadakı ofisini bərpa etmək istəyirik, çünki dialoqa inanırıq. Bizə əsaslı dialoq lazımdır", - deyə Stoltenberq əlavə edib. /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!