NATO-nun Baş katibi Azərbaycana təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

NATO-nun Baş katibi Azərbaycana təşəkkür etdi

Siyasət

20 Avqust 2021 20:42 1528


Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu NATO ölkələrinin xarici işlər nazirlərinin Əfqanıstandakı vəziyyətlə bağlı telekonfransında iştirak edib.

Yenisabah.az xəbər verir ki, bu barədə nazir özünün “twıtter” səhifəsində yazıb.

Qeyd edək ki, NATO ölkələrinin xarici işlər nazirləri iclasdan sonra qəbul etdikləri bəyanatda Əfqanıstanda şiddət və zorakılığın dərhal dayandırılması üçün çağırış ediblər. pizza hut

İclasdan sonra jurnalistlərin suallarını cavablandıran NATO Baş Katibi Yens Stoltenberq Türkiyənin Kabildəki Həmid Kərzai adına Beynəlxalq Hava Limanının mühafizəsində açar rol oynadığını bildirib. Baş katib deyib ki, NATO bu ölkədəki hərbi mövcudluğunu başa çatdırsa da, hava limanında təhlükəsizliyə dəstək verir.

NATO baş katibi terror təşkilatlarının yenidən yuva qurmasına icazə verməyəcəyini deyərək Kabildəki hava limanının təhlükəsizliyinin təmin edilməsindəki həyati rollarına görə Türkiyə, ABŞ və İngiltərə ilə yanaşı Azərbaycana da təşəkkürünü bildirib: “24 saat evakuasiya üçün çalışırıq. Türkiyə əsas rol oynayır. Xüsusilə Kabildəki hava limanının təhlükəsizliyinin təmin edilməsindəki həyati rollarına görə Türkiyə, ABŞ və İngiltərəyə təşəkkür edirəm. Hava limanının təhlükəsizliyinə verdiyi dəstəyə görə Azərbaycana da minnətdarıq”./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!