Rusiyanın başı üzərində dolaşan kabus:   Üfüqdə yeni müharibə görünür

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın başı üzərində dolaşan kabus: Üfüqdə yeni müharibə görünür

Siyasət

07 İyul 2022 17:03 2250


“NATO və Rusiya bir-biri ilə rəqabətdə dünyanın təhlükəsizliyini təmin etmir”.

Bunu Yensiabah.az-a açıqlamasında siyasi şərhçi Yeganə Hacıyeva deyib.

O, Finlandiya və İsveçin NATO-ya üzvülüy ilə alyansın genişlənməsi və bunun Rusiya üçün yaratdığı təhlükəyə münasibət bildirib: Dominos pizza

“Rusiyanın xarici siyasətdə aqressivliyi, postsovet ölkələrinə olan sərt yanaşması NATO-nun Rusiya sərhədlərinə daha çox yaxınlaşması üçün əsaslı şərtlər formalaşdırıb. Halbuki ötən əsrin 90-cı illərindən sonra Rusiyaya ən böyük sərmayə axını Qərbdən gəlib. Ancaq bütün bu yardımlar, sərmayə qoyuluşu Rusiyanı müasir dünyanın bir hissəsi etmədi, əksinə, Rusiya, iqtisadiyyatı dirçələn kimi aqressiv tərzini ortaya qoydu.

NATO-nun Rusiyanı öz sərhədləri üçün təhlükə hesab etməsini normal qarşılamalıyıq. Vəhşiliyə əl ataraq Ukraynada qətliam törətməsi, digər postsovet ölkələrinə şərt diktə etməsi Rusiyanın özünü qoruduğuna haqq qazandırmır”.

Y. Hacıyeva bildirib ki, NATO-nun genişlənməsi üçün fundamental əsaslar mövcuddur:

“Finlandiya və İsveçin müdafiə sistemləri NATO-nun digər üzvlərinin müdafiə sistemlərindən qat-qat yüksək səviyyədədir. Lakin Türkiyə Avropanın təhlükəsizliyi üçün İsveç və Finlandiyadan daha vacib bir ölkədir. Ancaq hazırkı genişlənmə NATO daxilində fundamental əsasları zədələyəcək. Dünyanın ən böyük gücləri olan NATO və Rusiya bir-biri ilə rəqabətdə dünyanın təhlükəsizliyini təmin etmir, əksini, yeni müharibəyə şərait yaradır”.

Nəsimi Ələsgərli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!