NATO-nun liderlər sammitindən çıxan nəticə:   “Polşaya hücumun qarşısının almaq əsas hədəfdir“

saytların hazırlanması

Evə çatdırılma

NATO-nun liderlər sammitindən çıxan nəticə: “Polşaya hücumun qarşısının almaq əsas hədəfdir“

Siyasət

25 Mart 2022 12:23 799


“NATO-nun zirvə görüşü birbaşa olaraq Rusiya-Ukrayna müharibəsi ilə bağlı idi”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

O, Brüsseldə baş tutan NATO liderlər zirvəsinin yekunları, habelə qəbul edilən qərarlar barədə danışıb: Pepperoni pizza

“NATO-nu təmsil edən dövlətlərin liderləri daha çox priventiv tədbirlərin gücləndirilməsi istiqamətində qərarlar qəbul edib. Eyni zamanda, Ukraynadakı hərbi əməliyyatların dayandırılması istiqamətində iqtisadi sanksiyalarla bərabər, hərbi məşvərətin həyata keçirilməsi aktuallığını qoruyur”.

Növbəti hədəfin Polşa olması barəsində səsləndirilən fikirlərə münasibət bildirən İ. Hüseynov qeyd edib:

“Lvov şəhərinə raket endirilməsi Polşada böyük narahatlıq doğurub. Bu xüsusda Polşanın müdafiə qabiliyyətinin gücləndirilməsi, müasir silahlarla təchizatı, eləcə də Polşaya mümkün hücumun qarşısının alınması bu gün NATO hərbi-siyasi funksionerlərinin əsas hədəfindədir.

Ukraynaya gəlincə, kənardan siyasi-hərbi köməklə bağlı qərarlar dəstəkləndi. Çünki NATO qüvvələrinin birbaşa olaraq münaqişəyə cəlb olunması planı yoxdur. Əgər belə olarsa, Rusiyanın təbirincə, Üçüncü Dünya müharibəsi başlaya bilər”.

Siyasi şərhçi əlavə edib:

“Ukrayna üzərində hava məkanının bağlanması da rəsmi Kiyevin tələbləri sırasındadır və bu məsələ həllini tapmır. Rusiya aviasiyası bombardmanlarını davam etdirəcək və etdirir də. Çünki hava məkanında strateji üstünlük onun tərəfindədir. Bu mənada, Ukrayna uduzur, onun hava hücumundan müdafiə sistemləri ya yoxdur, ya da effektiv deyil, Rusiya tərəfi də olanları sıradan çıxarır. Yəni Ukrayna yenə də NATO-dan öz istədiyi hərbi dəstəyi ala bilmədi.

Bununla belə, NATO yalnız üzv dövlətlərin təhlükəsizliyi haqqında düşünür və Ukraynanı artıq açıq şəkildə bu quruma qəbul etməkdən imtina edir. Prezident Zelenskinin bu istiqamətdə bir açıqlaması da var: "Biz ordumuzun gücünü göstərdik və artıq heç kim bizi ordunun zəif olmasıyla bağlı hədələməməlidir”.

Həqiqətən, 1 aydır ki, Ukrayna ordusu ciddi müqavimət göstərir. Ukrayna xalqının da iradəsi xüsusi olaraq qeyd olunmalıdır”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!