“NATO-nun Ukraynada mövcudluğu Rusiya üçün təhlükədir” - Putin

saytların hazırlanması

Evə çatdırılma

“NATO-nun Ukraynada mövcudluğu Rusiya üçün təhlükədir” - Putin

Siyasət

21 Oktyabr 2021 23:23 790


Şimali Atlantika Alyansının Ukraynada hərbi mövcudluğu Rusiya üçün təhlükə yaradır.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.

"Ukraynanın NATO-ya rəsmi üzvlüyü ola bilsin ki, baş tutmayacaq, ancaq ərazinin hərbi cəhətdən mənimsənilməsi artıq gedir. Bu, həqiqətən də Rusiya Federasiyası üçün təhlükə yaradır və biz bunun fərqindəyik". pizza hut

Putinin sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Austin verdiyi bəyanatlarla faktiki olaraq Ukrayna üçün NATO-nun qapısını açır: "Pentaqon rəhbəri "bəli, hər bir ölkənin buna haqqı var" deməklə Ukrayna üçün NATO-nun qapısını açır. Heç kim yox demir. Hətta indi Kiyevlə Şimal alyansı arasında yaxınlaşma prosesini əngəlləyən Avropa ölkələrinin liderləri də Ukraynanın təşkilata üzvlüyünə qarşı çıxmırlar"./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!